Alimlərin fikrincə, İtaliyada koronavirus ötən ilin dekabrından mövcud olub
Bakı, 19 iyun, AZƏRTAC
Ötən il İtaliyanın Milan və Turin şəhərlərinin kanalizasiya sularından götürülən nümunələrdə COVID-19 infeksiyasının izləri tapılıb.
AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, bu barədə İtaliya Milli Səhiyyə İnstitutunun məlumatında deyilir.
“İki müxtəlif metoddan istifadə olunmaqla, iki müxtəlif laboratoriyada 2019-cu il dekabrın 19-da Milan və Turin, və 2020-ci il yanvarın 29-da Bolonya şəhərlərinin kanalizasiya sularından götürülən nümunələrdə SARS-COV-2 virusunun olduğu təsdiqlənib”, - deyə İtaliyanın Ətraf Mühit və Səhiyyə Departamentinin nümayəndəsi Cüzeppina La Rossa bildirib. Onun sözlərinə görə, yanvar və fevralda götürülən nümunələrdə də koronavirus izlərinə rast gəlinib. Lakin ötən ilin oktyabr və noyabr aylarının nümunələrində COVID-19 müşahidə olunmayıb.
İtaliyada koronavirusa ilk yoluxma halları fevralın əvvəlində Lombardiya regionunda aşkarlanıb. Sonra infeksiya Veneto, Emiliya-Romanya, Latsio və Pyemont vilayətlərinə yayılıb.
Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 15:20-yə olan məlumatına əsasən, dünyada 8,6 milyondan çox yoluxma və 456 min 943 ölüm faktı qeydə alınıb, 4 milyon 557 min 804 xəstə isə sağalıb.
İtaliyada indiyədək 238 min 159 nəfər koronavirus infeksiyasına yoluxub, 34 min 514 nəfər həyatını itirib. Hazırda 23 min koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [10:53]
NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
- 08.10.2026 [08:06]
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
- 08.10.2026 [07:14]
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
- 08.10.2026 [05:24]
“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:56]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [18:41]