ALMAN KİNEMATOQRAFÇILARI AZƏRBAYCANIN TURİZM POTENSİALI HAQQINDA FİLM ÇƏKƏCƏKLƏR
Azərbaycanın dörd şirkəti - “Avropa” və “Kresçen Biç” mehmanxanaları, “İmproteks Travel” və “Azərbaycan xarici turizm” turist agentlikləri beynəlxalq turizm biznesi dünyasında ixtisaslaşdırılmış aparıcı sərgi olan beynəlxalq Berlin turizm birjasında ilk dəfə iştirak etmişlər.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan pavilyonuna gələnlərə iştirakçı şirkətlərimizin, nazirliyin fəaliyyəti, əcnəbi sərmayəçilərin iştirakı ilə ölkəmizdə turizm infrastrukturu yaradılmasına dair müxtəlif layihələr barədə məlumat verilmişdir. Onlara “Azərbaycan olduğu kimi” atlası, “Azərbaycana xoş gəlmisiniz!” kataloqu, “Azərbaycan revyu” jurnalı paylanmışdır. Dünya Turizm Təşkilatının baş direktoru Françesko Francialli Azərbaycan pavilyonunda olmuşdur. Bir çox ölkələrin turizm şirkətləri və mehmanxana kompleksləri ilə müqavilələr bağlanmış, Küveyt, Tunis, Misir, Suriya və Pakistanın dövlət turizm qurumlarının nümayəndələri ilə danışıqlar aparılmışdır.
Frankfurt-Mayn şəhərində yerləşən televiziya şirkətinin nümayəndələri ilə Azərbaycanın təbiəti və turizm potensialı haqqında qısametrajlı film çəkilməsi və onun Avropa ölkələrində göstərilməsi barədə razılaşma əldə edilmişdir.
Berlində fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan cəmiyyətinin üzvləri ekspozisiyamızın fəaliyyətində yaxından iştirak etmiş, milli çalğı alətlərində Azərbaycan xalq musiqisini səsləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]