Alman mütəxəssislərin iştirakı ilə aparılmış tədqiqatlar yekunlaşıb
Bakı, 18 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda alman mütəxəssislərin iştirakı ilə tədqiqatlar aparılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədqiqatlar Almaniyanın Gerda Henkel Fondunun maliyyələşdirdiyi Vürzburq Universitetinin professoru Martin Gruber və tələbələri Lukas Karbax və Silviya Kömm tərəfindən aparılıb. Tədqiqatın məqsədi Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid tapıntıları yenidən qiymətləndirmək, müxtəlif tipoloji və xronoloji kateqoriyalar üzrə dəqiqləşdirmək olub.
Qeyd edək ki, tədqiqatın nəticələrinin kitab şəklində nəşri və ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.