Almaniya Avropanın əsas silah ixracatçısına çevrilib
Bakı, 23 sentyabr, AZƏRTAC
2024-cü ildə Almaniyadan 13,2 milyard avroluq hərbi sənaye məhsulu ixracatına lisenziya verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Federal İqtisadiyyat Nazirliyi (BMWK) məlumat yayıb.
Bildirilir ki, Almaniya sənayesinin tarixində indiyədək bu həcmdə silah ixracatı olmayıb. Ölkə ixrac həcminə görə Fransa və Böyük Britaniyanı qabaqlayaraq Avropada lider mövqeyə yüksəlib.
Silahların 64 faizi (8 milyard dollar dəyərində) Ukraynaya göndərilib. Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə müharibə aparan ölkənin əsas təchizatçılarından birinə çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:17]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [18:45]
Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]