Almaniya hökuməti səhiyyə islahatı ilə bağlı razılığa gəlib
Berlin, 29 aprel, AZƏRTAC
Almaniya hökuməti qanuni tibbi sığorta sistemində maliyyə sabitliyini təmin etmək məqsədilə genişmiqyaslı səhiyyə islahatı üzrə razılığa gəlib. Federal Nazirlər Kabinetinin təsdiqlədiyi qənaət paketi sığorta haqlarının artmasının qarşısını almağa və sistemdə yaranması gözlənilən kəsiri aradan qaldırmağa yönəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kansler Fridrix Merts və səhiyyə naziri Nina Varken kabinetin iclasından sonra məlumat veriblər.
Layihəyə əsasən, 2027-ci ilədək 16,3 milyard avro qənaət edilməsi nəzərdə tutulur. Hökumətin əsas hədəfi tibbi sığorta haqlarını 14,6 faiz səviyyəsində saxlamaqdır. Bununla belə, planlaşdırılan tədbirlər həm sığortalılar, həm də səhiyyə sektorunun digər iştirakçıları üçün əlavə maliyyə yükü yaradır.
İslahat çərçivəsində dərmanlara görə əlavə ödənişlərin artırılması, ailə üzvlərinin pulsuz sığortalanmasının məhdudlaşdırılması və yüksəkgəlirli şəxslər üçün ödənişlərin yüksəldilməsi nəzərdə tutulur. Eyni zamanda, bəzi tibbi xidmətlərin sığorta paketindən çıxarılması planlaşdırılır. Bundan əlavə, müəyyən planlı əməliyyatlar üçün ikinci həkim rəyinin alınması məcburi olacaq. Həkimlər və tibb müəssisələri üçün ödəniş artımına da məhdudiyyətlər tətbiq ediləcək.
İslahatın maliyyələşdirilməsi ilə bağlı müzakirələr isə davam edir. Hökumət 2028-ci ildən etibarən yüksəkşəkərli içkilərə vergi tətbiq etməklə əlavə gəlir əldə etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]