Almaniya Kansleri: İsrail və HƏMAS arasında əldə olunan razılaşma ümid yaradır
Berlin, 9 oktyabr, AZƏRTAC
Almaniya İsrail ilə HƏMAS arasında razılaşmanın əldə olunmasını alqışlayıb.
AZƏRTAC xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts X platformasındakı paylaşımında əldə olunan razılaşmanın ilk addımlarının ümid yaratdığını qeyd edib: “Bu razılaşma girovlar və onların ailələri, Qəzza əhalisi, eləcə də bütün region üçün yeni bir ümid deməkdir. Uzun fasilədən sonra bölgədə sülhün real perspektivi yaranıb”.
Tərəfləri öhdəliklərinə sadiq qalmağa, müharibəyə son qoymağa və davamlı sülhə aparan yolu açmağa çağıran Kansler Almaniyanın bu prosesi qətiyyətlə dəstəkləməkdə davam edəcəyini bildirib.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful da X səhifəsindəki paylaşımında danışıqlarda əldə olunan irəliləyişə görə məmnunluğunu ifadə edərək bildirib: “Birinci mərhələyə dair razılıq girovların azad olunmasının və atəşkəsin yaxınlaşdığı anlamına gəlir. Almaniya sülh istiqamətində atılacaq növbəti addımları dəstəkləməyə hazırdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]