Almaniya: Merkel yeni hökumətin gələn həftə işə başlayacağına ümid edir
Bakı, 9 mart, AZƏRTAC
Almaniya kansleri Angela Merkel yeni hökumətin gələn həftə işə başlaya biləcəyinə ümid etdiyini bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, federal kansler Almaniyanın böyük iqtisadi birliklərinin rəhbərləri ilə görüşündən sonra bu barədə danışarkən deyib: “Ümid edirəm ki, növbəti həftə hər şey alınacaq, cəld işə başlamaq lazım gələcək. Bizim çoxlu planlarımız var, bura Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətliyinin təmin olunması vəzifəsi də daxildir”.
Bundestaqda Merkelin kansler postuna namizədliyi üzrə səsvermə martın14-də keçiriləcək. Xristian-demokratik və Xristian-sosial ittifaqları və Almaniya Sosial-Demokratik Partiyası parlamentdə 709 yerdən 399-na sahib olduğundan Angela Merkelin yenidən seçilməsi üçün heç bir problem görünmür. AFR prezidenti kanslerə və onun yeni kabinetinin üzvlərinə təyinatlar haqqında fərmanları elə həmin gün təqdim edə bilər. Bununla da hökumət rəsmi olaraq öz işinə başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]