Almaniya şirkəti Britaniyanın “Telegraph” media qrupunu alıb
London, 6 mart, AZƏRTAC
Almaniyanın aparıcı media şirkətlərindən biri olan “Axel Springer” Böyük Britaniyanın məşhur “Telegraph” media qrupunu 575 milyon funt-sterlinq dəyərində satın almaq barədə razılıq əldə edib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə şirkətlər rəsmi açıqlama yayıblar.
Məlumata görə, nağd şəkildə həyata keçiriləcək sövdələşmə çərçivəsində “Daily Telegraph” və “Sunday Telegraph” qəzetləri də daxil olmaqla media qrupunun bütün aktivləri “Axel Springer” şirkətinə keçəcək. Şirkətin baş icraçı direktoru Matias Döfner bildirib ki, şirkət uzun illərdir bu media qurumunu almaq istəyirdi.
“Axel Springer”, həmçinin “Politico” və “Business Insider” kimi nüfuzlu media platformalarının sahibidir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]