Almaniyada 1000-dən çox hüquqşünas AfD partiyasının qadağan olunmasına dair çağırış edib
Almaniyada 1000-dən çox hüquqşünas ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qadağan olunması tələbi ilə Federal Konstitusiya Məhkəməsində icraat başlanmasına dair çağırış edib.
AZƏRTAC xəbər verir ki, Respublikaçı Hüquqşünaslar Birliyinin məlumatına görə, federal hökumətə və Bundestaqın deputatlarına ünvanlanmış açıq məktubu 1051 hüquqşünas imzalayıb. Onlar hesab edirlər ki, AfD-nin fəaliyyəti Almaniya Konstitusiyasında əksini tapan insan ləyaqəti və demokratiya prinsiplərinə ziddir.
Hazırda AfD Türingiya, Saksoniya, Saksoniya-Anhalt, Brandenburq və Aşağı Saksoniya əyalətlərində rəsmi olaraq qəti sağ ekstremist təşkilat kimi qiymətləndirilir. Almaniya qanunvericiliyinə əsasən, partiyanın qadağan olunması ilə bağlı müraciəti Bundestaq, Bundesrat (Əyalət Nümayəndələri Şurası) və ya federal hökumət edə bilər, yekun qərarı isə Federal Konstitusiya Məhkəməsi verir. Bununla yanaşı, ölkənin bir sıra aparıcı siyasətçiləri və hüquqşünasları belə bir prosedurun həm hüquqi baxımdan mürəkkəb olduğunu, həm də AfD-nin siyasi mövqeyini gücləndirə biləcəyini irəli sürərək bu təşəbbüsə ehtiyatla yanaşırlar.
Elvin Mövsüm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]