Almaniyada “Böyük keçid” adlı hərbi təlimdə dörd ölkənin 1200 hərbçisi iştirak edir
Berlin, 29 iyun, AZƏRTAC
Almaniyanın Aşağı Reyn bölgəsində beynəlxalq hərbi təlimə start verilib.
AZƏRTAC xəbər verir ki, “Böyük keçid” (Grand Crossing) adlı təlimə dörd ölkədən - Almaniya, Böyük Britaniya, Niderland və İtaliyadan ümumilikdə 1200 hərbçi və 500-dən çox hərbi texnika cəlb olunub.
Təlim çərçivəsində Almaniya-Britaniya 130-cu mühəndis batalyonu Reyn çayının geniş yatağını keçmək üçün xüsusi bərə sistemi qurub. Əvvəlcədən kəşfiyyat və hazırlıq işləri aparıldıqdan sonra hərbi hissələr və texnika əraziyə daşınıb.
Manevrin əsas məqsədi çay keçidi zamanı birgə koordinasiyanı və mühəndis-texniki imkanları sınaqdan keçirməkdir. Təlim 14 gün davam edəcək və növbəti mərhələdə Vezer çayının da keçilməsi nəzərdə tutulur.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]