ALMANİYADA QANLI YANVAR FACİƏSİNİN 14-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MƏRASİMLƏR KEÇİRİLMİŞDİR
Azərbaycanın Berlindəki səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Almaniya paytaxtında məskunlaşmış soydaşlarımızı birləşdirən Azərbaycan Cümhuriyyəti Federasiyası gələn həftə Qanlı Yanvara həsr olunmuş ənənəvi anma mərasimi keçirəcəkdir. Yanvarın 20-də isə Hollandiyanın Den Haaqa şəhərində soydaşlarımızı birləşdirən Azərbaycan Kültür Cəmiyyəti, Almaniyanın Boxum Universitetində təhsil alan azərbaycanlı tələbələrin Akademik Birliyi, Nürnberq şəhərindəki Dostluq Cəmiyyəti, Köln şəhərində məskunlaşmış soydaşlarımız faciənin 14-cü ildönümü ilə əlaqədar anma mərasimləri və yığıncaqlar keçirmiş, sovet qoşunlarının Azərbaycan paytaxtında törətdiyi qanlı terroru pisləmiş, həmin vəhşilikləri əks etdirən fotosərgilər nümayiş etdirmişlər.
Anma mərasimlərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncaqlarda və anma mərasimlərində xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin azadlığı və müstəqilliyi naminə şəhid vermək əzmini bütün dünyaya göstərmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]