Almaniyada “təcili tormozlama” cəmiyyətdə narazılığa səbəb olur
Berlin, 1 may, AZƏRTAC
Almaniya federal hökumətinin ölkədə “təcili tormozlama” elan etmək qərarı ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, həmin rejim barəsində qanun layihəsi hələ ötən həftə bəyənilib. Nəzərdə tutulur ki, əgər ölkənin bu və ya digər regionunda məhdudiyyət tədbirləri zəiflədikdən sonra hər 100 min sakinə düşən yoluxmaların sayı 100 və ya daha çox olarsa, həmin regionda avtomatik olaraq lokdaun tətbiq edilir. Digər tərəfdən, ölkənin demək olar ki, bütün federal əyalətlərində bu cür göstəricilər qeydə alınıb. Ona görə də indi bütün ölkəni “tormozlamaq” lazım gəlib.
Restoranlarda və kafelərdə pandemiyadan əvvəlki dövrdə olduğu kimi açıq havada vaxt keçirməyə hazırlaşan almanlar bu qərardan narazıdırlar.
Koronavirus pandemiyasını üstələmək üçün ümummilli “qəza tormozlaması” ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Aprelin 30-da Karlsrue Federal Konstitusiya Məhkəməsinə 202 şikayət daxil olub. Bu şikayət və ərizələrin əksəriyyəti gediş-gəlişın və təmasların məhdudlaşdırılması ilə bağlıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]