ALMANİYADA TƏHSİL ALMAQ ÜÇÜN MÜSABİQƏ KEÇİRİLMİŞDİR
Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Alman Akademik Mübadilə Xidməti Almaniyanın müxtəlif elm və təhsil müəssisələrində təhsil almaq üçün müsabiqə keçirmişdir. Bakı Dövlət Universitetinin prorektoru, professor İzzət Rüstəmov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu müsabiqədə BDU-nun 10-a yaxın alim, aspirant və magistrantı qalib gəlmişdir. Beləliklə, qaliblər müxtəlif ixtisaslar üzrə Almaniyada öz təhsillərini davam etdirmək hüququ əldə etmişlər.