Almaniyada vitse-kanslerin mühafizəsi gücləndirilib
Bakı, 30 iyul, AZƏRTAC
Ünvanına daxil olan təhdidlərə görə, Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habekin (Yaşıllar Partiyası) mühafizəsi gücləndirilib.
AZƏRTAC xəbər verir ki, “Welt” nəşri bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Bir müddət öncə siyasətçinin ofisinin elektron poçtuna naməlum şəxslərdən hədələyici məktublar daxil olmağa başlayıb. Nəticədə 700-dən çox təhqir və təhdid alan Robert Habek hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Siyasətçi Yaşıllar partiyasından 2025-ci ildə kansler postuna əsas namizəd hesab olunur.
Qeyd edək ki, Habek təhdidlərə məruz qalan yeganə siyasətçi deyil. Almaniya Federal Cinayət İdarəsinin məlumatına görə, ötən il federal, regional və yerli səviyyəli məmurlara qarşı hücumların sayı xeyli artıb. 2023-cü ildə belə cinayətlər əsasən Yaşıllar, Almaniya üçün Alternativ və Almaniya Sosial-Demokrat partiyalarının üzvlərinə qarşı törədilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]