ALMANİYALI ALİMLƏ GÖRÜŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 9-da Dünya Azərbaycanlıları Konqresi (DAK) azərbaycanşünas alim, Almaniyanın Frayburq Universitetinin müəllimi, doktor Volker Adam ilə görüş keçirmişdir.
Görüşdə DAK-ın həmsədri Paşa Qəlbinur və professor Vaqif Sultanlı çıxış edərək bildirmişlər ki, V.Adam Azərbaycan və Türkiyə ədəbiyyatının fəal tədqiqatçısıdır. Dünyanin bir çox ali məktəblərində Türkiyə və Azərbaycanın tarixi ilə bağlı mühazirələr oxumuşdur. Hazırda o, Frayburq Universitetinin müəllimi olmaqla yanaşı, Almaniyanın Halberq şəhərindəki Şərq kitabxanasının türk və Qafqaz xalqları şöbəsinə rəhbərlik edir.
Görüş iştirakçıları qarşısında çıxış edən V.Adam Azərbaycanın tarixindən, mədəniyyətindən danışmışdır. Qonaq öz ölkəsinin kitabxana fəaliyyəti ilə bağlı ətraflı məlumat vermişdir.
Sonra V.Adam tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]