Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
Bakı, 2 noyabr, AZƏRTAC
Almaniyanın ENAMEC İnstitutunun professoru Martin Rainer Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin professor-müəllim və tələbə heyəti qarşısında “Konformal simmetriya, zərrəciklər və fəza-zaman” mövzusunda mühazirə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Professor Martin Rainer əvvəlcə relyativistik zərrəciklərin, sahələrin və fəza-zaman strukturunun kvant nəzəriyyəsinin vahid təsviri üçün uyğun riyazi struktur kimi konformal həndəsənin öyrənilməsinin ümumi mənzərəsini verib.
Mühazirədən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Professor Martin Rainerə sertifikat təqdim olunub.