Alternativ energetika üzrə ekspertlərin maraqlı proqnozu dərc edilib
Berlin, 7 sentyabr, AZƏRTAC
Külək elektrik stansiyalarının ətraf mühitə təsirini lazımınca qiymətləndirməmək böyük səhv olardı. Almaniyada ictimai rəy məhz bu qənaətə gəlib. Almaniyalı ekspertlərin fikrincə, yaxın 20 il ərzində küləkdən enerji mənbəyi kimi istifadə edilməsi 30 faiz artacaq. Onların proqnozlarına görə, bu halda iqlim dəyişməsinin sürəti azala bilər.
AZƏRTAC Dünya Külək Energetikası Assosiasiyası tərəfindən bu yaxınlardan dərc edilmiş məlumatlara istinadla xəbər verir ki, elektrik enerjisi istehsal edən və 2018-ci ilin sonuna qədər istifadəyə verilmiş külək turbinləri dünyada elektrik enerjisinə tələbatın cəmi 7 faizini təmin edə bilər. Eyni zamanda, elektrik enerjisinə tələbatın ümumi həcmində bərpaolunan enerji mənbələrindən alınan enerjinin nisbi payı 2017-ci ildəki 25 faizlə müqayisədə 2050-ci ildə 85 faizə qədər arta bilər. Bu artım məhz günəş və külək enerjisindən istifadə edilməsi hesabına baş verə bilər. Təəccüblü deyil ki, Avropada küləyin gücü və günəş şüaları hesabına enerji istehsal edən qurğuların sayı sürətlə artmaqdadır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]