AMEA-nın əməkdaşları “Vikipediya”da məqalələrin yaradılmasında fəal iştirak edirlər
Bakı, 22 noyabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda təlimlər davam edir. AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin təşkilatçılığı ilə MEK-də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşlarına “Vikipediya” təlimləri keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Həmin qruplar məqalələrin redaktəsi və yeni məqalələrin yaradılması işini görəcəklər.
Təlimləri aparan MEK-in əməkdaşı Günay Məmmədova bildirib ki, institutun könüllü “Vikipediya” qrupu məqalələrin yaradılmasında fəal iştirak edir. Artıq qrup tərəfindən müvafiq mövzularda məqalələr yaradılıb və redaktə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]