AMEA-nın müxbir üzvünün biblioqrafik göstəricisi çap olunub
Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında görkəmli alim Vəli Hüseynovun biblioqrafik göstəricisi çapdan çıxıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, vəsait fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar müəllim, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun 60 illik yubileyinin keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin qərarına əsasən tərtib olunub. Alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən biblioqrafik göstərici 1994-2004-cü illəri əhatə edir. Burada, həmçinin görkəmli elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri yer alıb.
Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru Biblioqrafiya sektorunun müdiri Nərgiz Novruzova, tərtibçisi isə Biblioqrafiya şöbəsinin əməkdaşı Afət Məmmədovadır.
Biblioqrafik göstərici fizika-riyaziyyat sahəsində çalışan alim və mütəxəssislər, doktorantlar, ali məktəb tələbələri üçün dəyərli elmi mənbədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]