Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclası akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. İclasda müzakirəyə çıxarılan ilk məsələ “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Andiçmə mərasimində nitqi və elm qarşısında duran vəzifələr” haqqında olub.

Mövzu ətrafında məruzə ilə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının öz liderinə böyük etimadının, inamının, sevgisinin nəticəsi olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. AMEA rəhbəri qeyd edib ki, dövlət başçısı fevralın 14-də andiçmə mərasimində ölkənin sosial-iqtisadi, mədəni-mənəvi inkişaf strategiyasının əsas prioritetlərini özündə əks etdirən dərin məzmunlu nitq söyləyib və bu çıxış Azərbaycan elminin, alimlərinin, ziyalılarının gələcək fəaliyyəti üçün mükəmməl bir bələdçidir.

Bildirib ki, Prezident İlham Əliyevin nitqində qeyd etdiyi gənclərin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda tərbiyəsi, azərbaycançılıq ideologiyası və prinsiplərinə sadiqlik, milli birlik və həmrəyliyimizin qorunması və gücləndirilməsi kimi vəzifələrin həyata keçirilməsində alimlərimizin üzərinə böyük məsuliyyət düşür.

Akademik İsa Həbibbəyli, həmçinin dövlət başçısının nitqində toxunulan digər vacib məqamlardan birinin texnoloji inkişafla bağlı olduğunu deyib, rəqəmsallaşma, kibertəhlükəsizlik, eləcə də süni intellektlə bağlı elmi tədqiqatların genişləndirilməsi və bu sahədə kadr hazırlığına akademiyanın töhfə verməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrdən birinin də Türk dünyasıyla əlaqələrin gücləndirilməsi ilə bağlı olduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın türk dövlətlərinin akademik qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, birgə layihələrin, tədbirlərin həyata keçirildiyini söyləyib və bu istiqamətdə geniş addımlar atıldığını bildirib.

İclasda qeyd olunanları və müstəqil Azərbaycan dövlətinin milli maraqlarının qorunması üçün Azərbaycanın intellektual potensialının qloballaşan dünyanın elmi-texnoloji yeniliklərinə və ölkənin strateji inkişaf hədəflərinə uyğun formalaşdırılması zərurəti nəzərə alınaraq bir sıra qərarlar qəbul olunub.

Belə ki, AMEA-da həyata keçirilən tədqiqatların prioritetlərinin “Güclü Azərbaycan Konsepsiyası”nın reallaşdırılması, həmçinin respublikanın mühüm ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elm sahələrində araşdırmaların daha da genişləndirilməsi, yetişən gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda tərbiyəsi üçün Azərbaycan tarixinin, onun zəngin mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, ədəbi-tarixi şəxsiyyətlərinin tədqiqi və təbliğinin prioritet fəaliyyət istiqaməti hesab edilməsi, texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi və s. kimi istiqamətlər üzrə elmi araşdırmaların daha da gücləndirilməsi və s. qərar qəbul edilib.

Sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planı müzakirəyə çıxarılıb və təsdiq olunub.

AMEA-nın tədbirlər planına əsasən, “Məhəmməd Füzuli və Türk dünyası”, “Məhəmməd Füzuli və dünya ədəbiyyatı”, “Şərq poeziyasının Məhəmməd Füzuli zirvəsi”, “Məhəmməd Füzulinin dili”, “Məhəmməd Füzuli: sələflər və xələflər – Orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri”, “Füzuli və Şərq folkloru”, “Füzuli dünyası Azərbaycan incəsənətində”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli: dövrü və mühiti”, “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli türk - müsəlman mədəniyyətinin dahi yetirməsi kimi”, “Məhəmməd Füzulinin irsi və müasirlik fəlsəfi kontekstdə”, “Məhəmməd Füzulinin yaradıcılığında sülh və birgəyaşayış məsələləri” və digər mövzularda konfransların və dəyirmi masaların keçirilməsi qərara alınıb.

Həmçinin TÜBİTAK-ın prezidenti professor Hasan Mandalın AMEA-da TÜBİTAK-ın Əlaqələndirmə Mərkəzinin açılışında və AMEA-nın Ümumi yığıncağında iştirakını təmin etmək məqsədilə onun ölkəmizə səfərinin yüksək səviyyədə təşkili haqqında qərar qəbul olunub.

İclasda “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar” kitabının nəşrə hazırlanması haqqında da müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası yaradıldığı dövrdən respublikada fundamental və tətbiqi elmin mərkəzinə çevrilərək, elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, eləcə də elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. Diqqətə çatdırıb ki, AMEA-nın fəaliyyətinin geniş işıqlandırılması, bu mötəbər elm ocağının yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimlərin tanıdılması, eyni zamanda elmin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın artırılması məqsədilə sözügedən kitabın nəşri vacibdir.

Rəyasət Heyəti tərəfindən qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar” kitabının hazırlanması qərara alınıb və Redaksiya Heyəti yaradılıb.

Eyni zamanda, AMEA əməkdaşlarına yüksək impakt faktorlu jurnallarda nəşr olunan məqalələrin nəşrinə görə mükafatların verilməsi məsələsi müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli bildirib ki, müasir dövrdə dünyada elmi fəaliyyətin qiymətləndirilməsinin mühüm göstəricilərindən biri nüfuzlu beynəlxalq elmi bazalarda (Web of Science və Scopus) indekslənən jurnallarda məqalələrin nəşridir.

AMEA prezidenti vurğulayıb ki, son dövrlərdə akademiyada aparılan islahatlar və yeniləşmələr çərçivəsində diqqət mərkəzinə gətirilən mühüm sahələrdən biri də humanitar və ictimai elmlər üzrə beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, mötəbər beynəlxalq elmi qurum və cəmiyyətlərə üzvlüyün həyata keçirilməsi, elektron elmi resurs və bazalara inteqrasiyanın yüksəldilməsi, elmi jurnalların müasir tələb və standartlara uyğunlaşdırılması, AMEA-nın nəşrlərinə (jurnallar, konfrans materialları və s.) DOI identifikatorunun (rəqəmsal obyekt identifikatoru) verilməsi, AMEA-nın dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik elektron baza reyestrlərinə daxil edilməsidir. Qeyd edib ki, bu istiqamətdə AMEA-nın elmi jurnallarının TÜBİTAK ULAKBİM DərgiParkı-na daxil edilməsi, AMEA əməkdaşlarının fəaliyyətinin elmi indeksləşdirmə və xülasələndirmə bazalarına inteqrasiya edilməsi məqsədilə Google Scholar, Academia.edu, ORCİD, ResearchGate və s. bazalarda profillərinin yaradılması və s. kimi mühüm addımlar atılıb.

Rəyasət Heyəti tərəfindən AMEA-da çalışan alim və mütəxəssislərin nüfuzlu elmmetrik bazalarda indeksləşən elmi jurnallarda dərc olunmasını təşviq etmək, alimlərin sosial müdafiəsinin gücləndirilməsinə dəstək vermək və elmimizin davamlı inkişafını təmin etmək məqsədilə AMEA əməkdaşlarına yüksək impakt faktorlu jurnallarda nəşr olunan məqalələrin nəşrinə görə mükafatların verilməsi qərara alınıb.

İclasda, həmçinin AMEA-nın Direktorlar Şurasının və AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin əsasnamələri təsdiqlənib, “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elm və ali təhsil müəssisələrinin 2023-cü ilə dair hesabat məcmuəsi” və AMEA-nın “Fəxri fərmanı”, “Fəxri diplomu”, “İlin gənc alimi diplomu” və “İstinadda rekord diplomu” kimi təltif sənədlərinin nümunələrinin təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.

Sonra AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik-katib akademik Arif Həşimov AMEA-nın Ümumi yığıncağının 2023-cü il 29 noyabr tarixli qərarları ilə AMEA-nın bir sıra müəssisəsinin ləğvetmə prosesinin gedişi haqqında məlumat verib.

Daha sonra iclasda kadr məsələlərinə baxılıb.

İclasda, həmçinin akademik Soltan Mehdiyevin 110, akademik Məhərrəm Məmmədyarovun 100, akademik Bahadur Tağıyevin 90 və AMEA-nın müxbir üzvü Yusif Əmənzadənin 110 illiyi haqqında qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib