Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş xüsusi iclası keçirilib

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının “Görkəmli dövlət xadimi Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda xüsusi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.

AMEA-nın əsas binasında keçirilən yığıncaqdan öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Xüsusi iclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə “Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasir dövr” mövzusunda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ümumi yığıncağın Ulu Öndərin 100 illik yubileyinə həsr olunduğunu söyləyib, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamını xatırladıb.

AMEA prezidenti bildirib ki, Azərbaycanın dövlətçilik tarixində dahi şəxsiyyət Heydər Əliyevin müstəsna yeri var. SSRİ adlandırılan qırmızı terror bolşevik dövlətinin tərkibində olan digər xalqları əridib sıradan çıxarmaq siyasətinin qarşısında milli-mənəvi dəyərlərin dövlət siyasəti səviyyəsində yaşadılması və möhkəmləndirilməsi də möhtəşəm Heydər Əliyev obrazının ana xətlərini müəyyən edir. Ölkəmiz bütün sahələrdə sürətli inkişafa məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində müvəffəq olub.

Natiq vurğulayıb ki, Ermənistanla və onun havadarları ilə davam edən müharibəni dayandırmaq və atəşkəs rejiminə nail olmaq və müstəqil dövlətin ordusunu qurmaq da Heydər Əliyev siyasətinin ən mühüm nəticələri sırasındadır. Həmçinin xarici güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın əsas sərvəti olan neft və qazın dünya bazarlarına çıxarılması məqsədilə imzalanmış “Əsrin müqaviləsi” Heydər Əliyevin möhtəşəm əsəridir. Müstəqil respublikalara çevrilmiş postsovet ölkələrində ilk olaraq torpaq islahatlarına başlamaq və onu qısa müddətdə axıra çatdırmaq da Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin modelini qurub və möhkəm siyasi-ideoloji əsaslarını yaradıb.

“Heydər Əliyev xalqına və ölkəsinə etibarlı dostlar və strateji müttəfiqlər qazandırmağın dəqiq formullarını kəşf etmiş dahi şəxsiyyətdir. Çoxəsrlik tarixi ənənələrə malik olan Azərbaycan-Türkiyə münasibətləri Heydər Əliyevin “Bir millət - iki dövlət” düsturu ilə möhtəşəm birlik və həmrəylik səviyyəsinə yüksəlmişdir. Bu gün hərtərəfli şəkildə inkişaf etməkdə olan türk dövlətləri birliyi “Bir millət - iki dövlət” düsturunun böyük strateji imkanlara malik olduğunu nümayiş etdirir”, - deyə AMEA rəhbəri qeyd edib.

İsa Həbibbəyli Müzəffər Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin Azərbaycanın çoxəsrlik tarixinin möhtəşəm qəhrəmanlıq dastanı olduğunu söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyevin dünyada BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatına liderlik etməsi Heydər Əliyevin sovet hakimiyyəti illərində Siyasi Büro zirvəsini fəth etməsinin yeni tarixi şəraitdəki nümunəsidir. Həmçinin bildirib ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi bir çox layihələrlə Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirir.

Akademik qeyd edib ki, Ümummilli Liderin 100 illik yubileyi çərçivəsində keçirilən bir çox konfranslarla, ərsəyə gətirilən sanballı nəşrlərlə Azərbaycan alimləri və təhsil işçiləri Ulu Öndərin ruhu qarşısında mənəvi borclarını yerinə yetirirlər. Görkəmli dövlət xadimi Heydər Əliyev əbədiyyət qazanmış Ümummilli Lider kimi müstəqil dövlətçilik idealları və dərsləri ilə həm xalqının qəlbində, həm də Azərbaycan Respublikasının inkişafının hər addımında yaşamaqda davam edir.

Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər “Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi: tarix və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, dahi lider Heydər Əliyevin Azərbaycanın siyasi və ictimai həyatındakı xidmətləri misilsiz olub və onun uzaqgörənliyi, liderliyi və xalqına sarsılmaz sədaqəti həmişə minnətdarlıqla xatırlanacaq. Azərbaycan-Türkiyə dostluğu çoxəsrlik ortaq dilə, tarixə və mədəniyyətə əsaslanır və bu gün ölkələrimiz bir çox sahələrdə möhkəm strateji tərəfdaşlığa malikdir.

Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Yüksel Özgen “Bir millət - iki dövlət” strategiyası: Mustafa Kamal Atatürkdən Heydər Əliyevə” adlı məruzə ilə çıxış edib. O vurğulayıb ki, ortaq tarixi mədəniyyətə və daim dost, qardaş münasibətlərə malik olan iki ölkə arasındakı əlaqələr keçmişdən bu günə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri çərçivəsində formalaşıb. Azərbaycanın tarixində Heydər Əliyevin yeri və önəminin açıq şəkildə görüldüyünü deyən məruzəçi dahi liderin ölkəmizin müstəqillik əldə etməsində və Qafqaz regionunda sülhün, sabitliyin və inkişafın əldə olunmasında mühüm rol oynadığını, Ulu Öndərin bütün həyatını Azərbaycana həsr etdiyini söyləyib.

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq ideologiyası” adlı məruzəsində qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti, onun siyasi fəaliyyəti və tarixi siyasət məktəbi Azərbaycanın ictimai-milli şüurunda əvəzsiz rol oynayıb. Heydər Əliyev vətəndaş fəallığı ilə qətiyyət və prinsipiallığı, hərtərəfli hazırlığı, dərin biliyi, geniş siyasi və mədəni dünya görüşü olan rəhbər kimi dünyanın bütün mürəkkəb proseslərindən baş çıxardaraq dahiyanə qərarları ilə xalq arasında böyük hörmət qazanıb. Ümummilli Liderin dövlətçilik düşüncəsinin mayasını müstəqillik ideyası təşkil edib: “Heydər Əliyev dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində tarixi varislik kontekstində yeni ideoloji konsepsiya irəli sürürdü. Bu konsepsiya azərbaycançılıq ideologiyası idi. Heydər Əliyevin yaratdığı konsepsiya tarixi şüura əsaslanırdı. Odur ki, yeni konsepsiya tarixi varislik və yeni siyasi şərait kontekstində qiymətləndirilməlidir. Heydər Əliyevin azərbaycançılıq təlimi müstəqil dövlətçilik ideologiyası olmaqla bərabər, dövlət müstəqilliyimizin ideya-siyasi istiqamətini bəyan edir. Ulu Öndərin kəşf etdiyi azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl bir milli birlik platformasıdır”.

Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli “Görkəmli dövlət xadimi Heydər Əliyev və Gürcüstan” mövzusunda məruzəsində qeyd edib ki, ən çətin geosiyasi şəraitdə, böyük təzyiqlərə baxmayaraq, 1996-cı ildə Eduard Şevardnadze ilə Heydər Əliyev arasında Bakı-Supsa neft kəmərinin tikintisinə dair müqavilə imzalanıb. Məhz bu saziş sonralar Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi tarixi layihələrin əsasını təşkil etdi: “O vaxtdan bu günə kimi çox sayda strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi davam etdirilir. Onlar regionun enerji təhlükəsizliyini və siyasi sabitliyini, eyni zamanda, ölkələrimizin suverenliyini və təhlükəsizliyini təmin edir. Həmin illərdə bütün dünyanın Gürcüstanı qeyri-sabit ölkə kimi tanıdığı, Gürcüstan ərazisinin 20 faizinin işğal olunduğu, daxili siyasi və iqtisadi problemlərin baş verdiyi çətin dövrü unutmaq mümkün deyil. Bu dövr Azərbaycan üçün də asan olmadı. Qarabağ müharibəsini və daxili qarşıdurmaları xatırlamaq kifayətdir. Gürcüstan üçün hər şeyin qıt olduğu dövrdə, elektrik enerjisinin və yanacağın çatmadığı bir vaxtda özü də kifayət qədər ağır vəziyyətdə olan Azərbaycan şəxsən Heydər Əliyevin tapşırığı ilə ölkəmizə kömək edirdi. Boru kəmərlərinin çəkilməsi böyük əhəmiyyət kəsb edirdi və bu gün də ekspertlər və siyasətçilər Heydər Əliyevin bu qərarının tarixi və həlledici əhəmiyyətə malik olduğunu qeyd edirlər. Heydər Əliyev layihələrin həyata keçirilməsi üçün Gürcüstan marşrutunu seçdi və gürcü xalqı buna görə ona əbədi minnətdar olacaq”.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva “Heydər Əliyevin Şərq siyasətində Türk dünyası” mövzusunda məruzəsində diqqətə çatdırıb ki, Ulu Öndər dövlətin xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Onun xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusən Türkiyə, Pakistan və digər ölkələrlə münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulurdu. Azərbaycanla çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər qurulur, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi və indiyədək də bu siyasət uğurla davam etdirilir: “Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda, region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha çox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, Pakistan İran, Səudiyyə Ərəbistanı, Misir və s. aiddir. Bu və İslam Əməkdaşlıq Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan Ümummilli Lider Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır”.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədrinin müavini Şəfa Əliyeva “Heydər Əliyevin idealları və müasir gənclik” mövzusunda məruzəsində vurğulayıb ki, hər bir Azərbaycan gənci üçün müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaq böyük iftixar mənbəyidir və Ulu Öndərin apardığı çətin və şərəfli mübarizə, həyata keçirdiyi müdrik siyasət Azərbaycanda müstəqil dövlətçiliyin qurulmasına, qorunub saxlanılmasına və möhkəmləndirilməsinə yol açıb.

Tədbirdə, həmçinin Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti akademik Siracəddin Mirzayev “Özbəkistan-Azərbaycan əlaqələri: Heydər Əliyevdən İlham Əliyevə” və Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev “Asiyadan baxanda Heydər Əliyev” mövzularında məruzələrlə çıxış ediblər.

Sonda çıxış edən AMEA rəhbəri bildirib ki, bu gün Prezident İlham Əliyev Azərbaycanı bütün istiqamətlərdə inkişaf etdirib, dünya siyasətində yerini möhkəmləndirib və müstəqil Azərbaycan Respublikası Ulu Öndərin ideyaları işığında Prezident İlham Əliyevin liderliyində sabaha inamla irəliləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı