AMEA YT Park koronavirus pandemiyası ilə mübarizə istiqamətində əməkdaşlıq edir
Bakı, 20 aprel, AZƏRTAC
Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, “LiderMed” MMC, AMEA “Yüksək Texnologiyalar Parkı” (YT Park) arasında koronavirus pandemiyası ilə mübarizə istiqamətində əməkdaşlıq müqaviləsi bağlanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müqavilənin predmeti olaraq istehlak mallarında (qida daxil olmaqla), əczaçılıq, yuyucu və dezinfeksiyaedici məhsulların qablaşdırılmasında istifadə edilən materiallarda toksik elementlərin təyini göstərilib. Toksik elementlərin təyini “YT Park” MMC-nin Elmi analitik sınaq laboratoriyasındakı ABŞ-ın
XOS firmasının istehsal etdiyi “HD XRF Prime Analyzer” cihazı vasitəsilə həyata keçirilir.
Təqdim edilən plastik materialların tərkibində toksik elementlər CPSIA-nın (istehlak məhsullarının təhlükəsizliyi aktı) keyfiyyət normalarına cavab verir.
Cihaz Avropa İttifaqı, İsrail, Koreya, Çin, Yaponiya və Hindistan kimi ölkələrdə patentləşdirilib və CPSIA çərçivəsində gömrük-keçid nəzarəti laboratoriyalarında geniş istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]