AMERİKA CAZ GECƏSİ KEÇİRİLMİŞDİR
İyulun 4-də Amerika Birləşmiş Ştatlarının milli bayramı-Müstəqillik günü münasibətilə Bakı Caz Mərkəzində ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə “Amerika Caz Gecəsi” keçirilmişdir. Mərkəzdən AZƏRTAC-ın müxbirinə demişlər ki, gecədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə attaşe müavini Tristram Perri çıxış edərək, Amerikanın Müstəqilliyinin 227-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Qeyd olunmuşdur ki, Müstəqillik günü – Amerika Birləşmiş Ştatlarının dövlət bayramıdır. Həmin gün ilkin olaraq 13 Amerika ştatını Britaniya müstəmləkəçiliyindən azad edən Müstəqillik Deklarasiyasının imzalanması və qəbul olunması qeyd olunur. 4 iyul bayram şənlikləri ilk dəfə 1776-ci ildə Filadelfiyada keçirilmişdir. Sonra ABŞ Hava Qüvvələri ansamblından olan caz musiqiçilərinin ifasında bayram konserti səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:59]
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
- 23.09.2026 [11:29]
® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”
- 23.09.2026 [11:27]