Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amerika nəşri Azərbaycanda yəhudi-müsəlman həmrəyliyi barədə yazır

Amerika nəşri Azərbaycanda yəhudi-müsəlman həmrəyliyi barədə yazır

Vaşinqton, 19 noyabr, AZƏRTAC

Nyu-Yorkda nəşr edilən “Tablet” yəhudi qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin “Azərbaycanda yəhudi-müsəlman həmrəyliyi” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, materialda Azərbaycanda yəhudilərlə müsəlmanların dinc yanaşı yaşaması, bu ölkənin tolerantlıq və multikulturalizm ənənələri, ermənilərin Azərbaycana qarşı təcavüzü və bu ilin sentyabr-noyabr aylarında ölkə ərazilərinin erməni işğalından azad edilməsindən bəhs olunur.

Müəllif yazır ki, Azərbaycan ilə Ermənistan arasında 44 günlük müharibə noyabrın 10-da başa çatıb. Ermənistan atəşi dayandırmağa və işğal etdiyi əraziləri tərk etməyə razılaşmaq məcburiyyətində qalıb. Son 30 ildə Ermənistan suveren Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayırdı. 800 minə yaxın azərbaycanlı ölkə daxilində zorla köçürülüb, münaqişənin əvvəlində 250 minə yaxın azərbaycanlı Ermənistandan qovulub.

M.Yevdayev yazır ki, atəşkəsdən bir neçə gün əvvəl Azərbaycan Şuşa şəhərini uğurla özünə qaytarıb. Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, respublikanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhəri həm də bu müharibənin ən tanınmış və sevimli qəhrəmanlarından biri olan Albert Aqarunovun fədakarcasına döyüşdüyü və 1992-ci ildə erməni snayperinin atəşi nəticəsində həlak olduğu yerdir. Aqarunovun həyatı azərbaycanlı müharibə qəhrəmanı yəhudinin həyat tarixçəsidir. Bu, Azərbaycanın müsəlman, yəhudi və xristian məzhəbli vətəndaşları arasında dostluğun və dinc yanaşı yaşamağın nümunəsidir.

Müəllif qeyd edir ki, Aqarunov 1991-ci ildə erməni təcavüzkarlarına qarşı könüllü olaraq cəbhəyə gedənlərdən biri olub. 1992-ci ildə Şuşanın müdafiəsi zamanı yaralanmış yoldaşını xilas etmək üçün tankdan çıxarkən erməni snayperi onu güllə ilə vurub.

Yevdayev yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş ilk döyüşçülərdən biri olub. Bakı küçələrindən birinə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun abidəsi açılıb.

Bununla bərabər, qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində, o cümlədən Avropada və Birləşmiş Ştatlarda antisemitizmin geniş yayıldığı bir dövrdə əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan dünyada yəhudilər üçün ən təhlükəsiz yerlərdən biri, İsrail Dövlətinin yaxın dostu və strateji müttəfiqidir. Yəhudilər əsrlərboyu Azərbaycanda dinc yanaşı yaşayırlar.

1742-ci ildə Azərbaycanın Quba bölgəsinin hökmdarı yəhudilər üçün ayrıca icma təsis edib. Bu icmanın üzvləri müsəlman hökmdarlar tərəfindən qorunmaqla bərabər, özlərinin firavanlasan şəhərini qurmaq üçün zəruri resurslar da əldə ediblər. Rusiyada və Şərqi Avropada yaşayan yəhudilərin çoxu həmin şəhəri “Kiçik Yerusəlim” adlandırırdılar. Hazırda “Qırmızı Qəsəbə” adlanan bu yaşayış məntəqəsi İsrailin və Nyu-York ştatının hüdudlarından kənarda yerləşən yeganə yəhudi qəsəbəsidir.

Azərbaycan əsrlərboyu yəhudiləri müdafiə edib. İkinci Dünya müharibəsi dövründə Azərbaycan Holokostdan xilas olmağa çalışan 10 minə yaxın avropalı yəhudiyə sığınacaq verib.

Bu gün Qırmızı Qəsəbədə yəhudi icması firavan şəraitdə yaşayır, burada gözəl sinaqoqlar inşa edilib. Azərbaycanda 30 minə yaxın yəhudi yaşayır. Hakimiyyətin bütün şaxələrində təmsil olunmuş bu insanlar Azərbaycanda həyatın bütün sahələrində fəal iştirak edirlər.

Müəllif Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açaraq yazır ki, budəfəki silahlı münaqişə 1990-cı illərin əvvəlində başlanıb. O vaxt Ermənistan Azərbaycanın Qarabağ regionundakı şəhərlərə və kəndlərə soxularaq minlərlə dinc azərbaycanlını, o cümlədən körpələri, qadınları və qocaları qətlə yetirib. Buna cavab olaraq, Azərbaycanda yaşayan müsəlmanlar, yəhudilər və xristianlar öz vətənlərini və həmvətənlərini müdafiə etmək üçün çiyin-çiyinə döyüşüblər, lakin ermənilər Qarabağ regionunu işğal edə bilmişdilər.

Müəllif daha sonra ötən əsrin əvvəlində başlanmış münaqişənin tarixindən söhbət açaraq qeyd edir ki, 1918-ci ildə ermənilər Azərbaycan xalqına qarşı soyqırımı törədib, əksəriyyəti qadınlar və uşaqlar olmaqla 12 minə yaxın azərbaycanlı müsəlmanı qətlə yetiriblər. O vaxt Bakıda yaşayan azərbaycanlıların orta hesabla beşdəbir hissəsi millətçi daşnak ermənilər tərəfindən qətlə yetirilib. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin apardığı təhqiqat nəticəsində məlum olub ki, o vaxt Bakıda yaşayan yəhudilərin çoxu azərbaycanlı müsəlmanları bu qırğından xilas etmək üçün əllərindən gələni ediblər. Həmin ildə ermənilər Qubada da yaşayan azərbaycanlılara və yəhudilərə qarşı kütləvi qırğın törədiblər.

İkinci Dünya müharibəsi illərində ermənilər nasistlərlə sıx əməkdaşlıq ediblər. Bu gün nasistlərin həmin erməni əlaltılarını Ermənistanda milli qəhrəmanlar kimi təqdim edirlər. Yerevanın mərkəzini Qaregin Njdenin böyük heykəli “bəzəyir”. Bundan əlavə, Yerevanda bir metro stansiyasına və bir meydana Njdenin adı verilib. Ermənistan hökuməti nasistlərin daha bir məşhur əlaltısının - general Dro adı ilə daha çox tanınmış Drastamat Kanayanın xatirəsinə hörmət əlaməti olaraq Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İnstitutu yaradıb. Beləliklə, Ermənistan qatilləri və hərbi caniləri təşviq edir.

Müəllif sonda yazır ki, Azərbaycan dinc yanaşı yaşamağın pioneri və nümunəsidir. Bu, çoxkonfessiyalı harmoniyanın bütün icmalar üçün faydalı olmasına parlaq sübutdur. Müəllif ümidvar olduğunu bildirir ki, həm bizim regionda, həm də onun hüdudlarından kənarda başqa ölkələr də bu müsbət təcrübədən dərs alacaqlar.

AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub