AMERİKADAKI SOYDAŞLARIMIZ KALİFORNİYANIN “ETNİK VƏ MƏDƏNİ MÜXTƏLİFLİYİ”NƏ HƏSR OLUNAN PARADDA İŞTİRAK ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan soydaşlarımız Los-Ancelesdə Kaliforniyanın “Etnik və mədəni müxtəlifliyi”nə həsr olunan paradda iştirak etmişlər. Əllərində Azərbaycanın dövlət bayraqlarını tutmuş milli geyimli soydaşlarımız paradın ən fəal iştirakçıları olmuşlar. Bu barədə mətbuata açıqlama verən Kaliforniyanın Azərbaycan-Amerika Şurası Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki baş konsulluğuna təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, Kaliforniyanın Los-Anceles dairəsi ABŞ-ın ən sıx məskunlaşmış inzibati ərazisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]