AMERİKALININ QEYRİ-ADİ DÜNYA REKORDU
Milton şarın yaradılmasına düz bir il vaxt sərf etmişdir. Əvvəlcə o, rezinləri dəftərxana ləvazimatı mağazalarından alırdı, lakin şar böyüyəndən sonra qərara gəlmişdir ki, topdansatış taciri olmaq vaxtıdır. Bunun üçün o, ABŞ-ın digər başında yerləşən Pensilvaniya ştatındakı dəftərxana ləvazimatı fabrikinə müraciət etmişdir. “Daykima Rabberbend” fabrikinin baş direktoru Lu Makkibben demişdir: “Milton 500 kiloqram dəftərxana rezini sifariş edəndə biz dərhal başa düşdük ki, o ciddi müştəridir. Buna görə də biz onun üçün xeyli endirim etdik”.
Şarın yaradılmasının bütün tarixçəsi şəkillərdə müəllifin İnternet saytında yerləşdirilmişdir. Noyabrın 3-də Con Beyn şarı Yucin yaxınlığındakı yarmarkaya aparacaqdır. O, öz yaradıcılıq məhsulunu ikigözlü tərəzidə təqdim etmək niyyətindədir. Xeyirxah C.Beyn oraya gələn adamlara təklif edəcəkdir ki, tərəzinin ikinci gözünü ehtiyacı olan uşaqlar üçün oyuncaq və qida məhsulları ilə doldursunlar.