Anadolu agentliyi: Azərbaycanda azad, ədalətli və şəffaf seçki mühiti mövcuddur
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycandakı seçki prosesi Türkiyə mətbuatının da diqqət mərkəzindədir.
AZƏRTAC Seçki-2015.az saytına istinadla xəbər verir ki, Anadolu agentliyi seçki prosesi barədə hazırladığı materialda bir çox təşkilata istinad edib. Agentlik qeyd edir ki, ölkədə azad, ədalətli və şəffaf seçki mühiti mövcuddur. Mərkəzi Seçki Komissiyası bütün yerli və xarici mətbuata seçki prosesini izləmək üçün geniş imkanlar yaradıb. Eyni vəziyyət müşahidəçilərə də aiddir.
Agentlik bildirir ki, namizədlərin qeydiyyatı, imzatoplama və təbliğat kampaniyaları dövründə xoşagəlməz hallar qeydə alınmayıb.
Anadolu agentliyinin bu xəbərini Türkiyənin əksər qəzetləri də yayıb.
Bundan başqa, Türkiyənin televiziya kanalları da seçkilərə geniş yer ayırıb. TRT kanalı Seçki Monitorinq Koalisiyasının keçirdiyi mətbuat konfransı barədə süjet hazırlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [15:25]