Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Əliyev: Yeni DOST mərkəzi sosial sahədə innovativ yeniliklərin növbəti təzahürüdür

Bakı, 5 aprel, AZƏRTAC

Bakıda növbəti DOST mərkəzi açılıb. Bu, paytaxtımızda fəaliyyət başlayan 4-cü DOST mərkəzidir. Onun ildə 500 min nəfər əhaliyə xidmət göstərməsi nəzərdə tutulub.

Aprelin 5-də yeni DOST mərkəzi öz qapılarını Binəqədi və Nərimanov rayonu sakinlərinin üzünə açıb. Bu barədə AZƏRTAC-a müsahibə verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırığı ilə 2018-ci ildən sosial sahədə aparılan köklü islahatları diqqətə çatdırıb: “Həmin islahatlar sosial ödənişlərin ödənilməsinin adekvatlığını, sosial müdafiə və aktiv məşğulluq proqramlarının, sosial xidmət və reabilitasiya infrastrukturunun genişləndirilməsini, sosial sahədə elektronlaşma ilə əlaqədar tədbirləri, həssas kateqoriya olan dövlət qayğısının, sosial sahədə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını və s. əhatə edir. DOST konsepsiyası bu islahatların mərkəzində dayanan layihədir. DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin açılışı mərasimində çıxışında Prezident İlham Əliyev “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”,- deyə bildirib.

Nazir müavini bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verib: “Beləliklə, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2019-cu ilin may ayında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və Agentliyin 1 saylı Bakı DOST mərkəzi (Səbail, Yasamal), bundan sonra isə 2019-cu il dekabrın 24-də 2 saylı Bakı DOST mərkəzi (Xəzər və Pirallahı rayonları), 2020-ci il mayın 19-da 3 saylı Bakı DOST mərkəzi (Nizami, Sabunçu, Suraxanı rayonları) açılıb. Son iki ildə açılmış həmin 3 DOST mərkəzi Bakının 8 rayonu üzrə 1 milyon 415 min 200 nəfərə xidmət edir. 3 DOST mərkəzində ümumilikdə 330 min vətəndaşa xidmət göstərilib. Vətəndaş məmnunluğu 97,2 faizdir. Bu il martın 30-da açılan 4-cü DOST mərkəzi isə Binəqədi və Nərimanov rayonları üzrə ildə 500 min nəfər əhaliyə xidmət göstərəcək”.

Anar Əliyev qeyd edib ki, DOST mərkəzlərində əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət “bir pəncərə”dən, şəffaf şəkildə və vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Mərkəzlərdə “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığagötürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və s. xidmət bölmələri var. Beləliklə, vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət edib və “bir pəncərə”dən yararlanmasına imkan yaradılıb.

Nazir müavini deyib: “Beləliklə, indiyədək yaradılmış 4 DOST mərkəzi Bakının on - Yasamal, Səbail və Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Nərimanov rayonları üzrə 1 milyon 915 min 200 nəfəri əhatə edəcək”.

4 saylı Bakı DOST mərkəzinin fəaliyyətindən bəhs edən Anar Əliyev deyib ki, mərkəzdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələri üzrə 132 xidmət, habelə tibbi-sosial ekspertiza və protez-ortopedik xidmətlər göstəriləcək: “230 nəfərdən çox işçi heyət, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü mərkəzdə çalışacaq. Mərkəzdə gün ərzində orta hesabla 800 vətəndaşın qəbul ediləcəyi gözlənilir. Çağrı mərkəzi -142-də 4 saylı Bakı DOST mərkəzində fəaliyyət göstərəcək. Çağrı mərkəzinin fəaliyyət imkanları dəfələrlə genişləndirilib. Artıq 110 operatorun çalışacağı Çağrı mərkəzi gündəlik 5 minədək zəng qəbul edəcək.

Yeni DOST mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Əhali Fondunun “Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılmış İnklüziv İncəsənət Məktəbinin də fəaliyyət göstərəcəyini bildirən nazir müavini deyib: “Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü icra edilən həmin layihə əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təminatı üçün hökumətin apardığı işlərə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində 2019-cu ilin noyabrından yaradılan, ölkəmizdə ilk olan İnklüziv İncəsənət Məktəbi əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafına və tanıdılmasına dəstək məqsədi daşıyır. Məktəbdə 16 yaşından yuxarı əlilliyi olan tələbələrə ödənişsiz, qalan tələbələrə isə rəmzi xarakter daşıyan ödənişlə rəsm, toxuculuq və ağac üzərində oymaçılıq dərsləri keçirilir. Artıq həmin Məktəb Binəqədi DOST mərkəzində yerləşir. İldə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsi nəzərdə tutulur. Sərgi üçün hazırlanmış və özündə müəlliflər və əl işləri barədə qısa məlumatları, foto şəkilləri əks etdirən kataloq, qısametrajlı videoizləyicilərin diqqətinə təqdim olunur”.

Anar Əliyev 4 saylı DOST mərkəzində “Virtual DOST Mərkəzi” layihəsinin reallaşdırıldığını vurğulayıb: “Pandemiya dövründə məhdudiyyətlərlə əlaqədar vətəndaşlara məsafədən xidmət praktikası aktual əhəmiyyət daşıyıb. “Virtual Dost” layihəsi bu sahədə növbəti bir hədəf kimi müəyyən edilib. Yəni vətəndaşın DOST mərkəzinə gələrək əldə etdiyi xidmətləri elektron qaydada əldə etməsinə imkan yaratmağı nəzərdə tutmuşuq. Əlbəttə, indinin özündə də bir sıra virtual xidmətlər var, lakin “Virtual Dost”un fərqi ondan ibarət olacaq ki, vətəndaşın DOST mərkəzinə internet üzərindən müraciəti əsasında operator onunla əlaqə quracaq və o, istədiyi xidmətləri operator və internet üzərindən əldə edə biləcək”.

DOST şəbəkəsinin genişlənməsi işlərini qeyd edən nazir müavini bildirib ki, ümumilikdə ölkə üzrə 2025-ci ilə kimi 16 regional DOST mərkəzi və 46 rayon qəbul filiallarının istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda 6 mərkəzdə - Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Bərdə, Quba və Sabirabad rayonlarında layihələndirmə və təmir-tikinti işləri aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib