Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur MÜSAHİBƏ

Anar Hüseynov: Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur  MÜSAHİBƏ

Bakı, 3 aprel, AZƏRTAC

Bütün dünyada olduğu kimi, koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda da yayılması ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Bəs, karantin rejiminin tətbiqi ölkənin ərzaq məhsulları ilə təminatında hansısa çətinliklərə səbəb ola bilərmi? Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov bununla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

-Anar müəllim, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumları fəaliyyətini necə qurub?

- İndi bütün dünya koronavirusla qlobal miqyasda mübarizə aparır. İnfeksiyanın geniş yayılmasının qarşısını almaq məqsədilə dünyanın əksər ölkələrində elan edilmiş xüsusi karantin rejimi qlobal iqtisadiyyata mənfi təsir edib. Koronavirus infeksiyası ilə əlaqədar mövcud vəziyyətin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək, eləcə də əhalinin sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən bütün tədbirlər ən yüksək səviyyədə həyata keçirilir. O cümlədən əhalinin keyfiyyətli və davamlı ərzaq təminatı daim diqqətdə saxlanılır, zəruri dəstək tədbirləri görülür. Bilirsiniz ki, koronavirus infeksiyasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar xüsusi iş rejimi müəyyənləşdirilib. Nazirlər Kabinetinin koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir. Koronavirusla əlaqədar tətbiq olunan xüsusi karantin rejimi müddətində ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının davamlı istehsalını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeli qurumları öz fəaliyyətini işçi qaydada davam etdirir. Aqrar sektora bu təsirlərin minimuma endirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir, toxum, gübrə, pestisid və texnika təchizatçıları və fermerlərlə mütəmadi danışıqlar aparılır, yarana biləcək çətinliklərin operativ həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

- Karantin rejiminin tətbiqi ilə əlaqədar Azərbaycanda ərzaq qıtlığı yaşana bilərmi?

- Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur. Ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alınıb. Aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb. Bu, o deməkdir ki, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib. Bu il üçün ola biləcək narahatlıqlara gəldikdə isə qeyd etmək istəyirəm ki, ölkədə payızlıq əkinlər oktyabr-noyabr ayında həyata keçirilib, taxıl biçininə mayın sonunda, iyunun əvvəllərində start veriləcək. Aprelin 10-dan isə yazlıq əkinlərə başlanacaq. Yazlıq əkinlər üçün tələb olunan toxum, gübrə, pestisid, şitil ehtiyatları yanvar ayında formalaşdırılıb. Ehtiyatların həcmi yazlıq əkinlərlə bağlı yaranan tələbatı artıqlaması ilə ödəməyə imkan verir. Eyni zamanda, aprelin sonlarında faraş tərəvəz məhsullarının yığılmasına başlanacaq. Əkin sahələrində keçirilən monitorinqlər məhsuldarlığın yüksək olacağını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmayıb. Ötən dövr ərzində apardığımız müşahidələr göstərir ki, paytaxt və böyük şəhərlərə kənd təsərrüfatı məhsullarının gətirilməsində problem yoxdur. Karantin rejimi dövründə fəaliyyətinə icazə verilən supermarketlər və digər ərzaq satışı məntəqələrində heç bir qıtlıq müşahidə olunmur, kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti əvvəlki səviyyədədir.

- Kənd Təsərrüfatı Nazirliyi rəsmilərinin verdiyi açıqlamalarda ölkədə karantin rejimi dövründə kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın azaldığı qeyd olunur. Bu, nə ilə əlaqədardır?

-Bildiyiniz kimi, tətbiq olunan karantin rejimi qaydalarına əsasən, şadlıq sarayları, kafe və restoranlar, xidmət obyektləri, əyləncə mərkəzləri fəaliyyətini dayandırıb, eyni zamanda, mehmanxanalar və digər turizm obyektləri də fəaliyyəti göstərmir. Bu obyektlər kənd təsərrüfatı məhsullarının topdansatış alıcıları sayılırdı. Obyektlərin fəaliyyətini dayandırması, toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulması avtomatik olaraq kənd təsərrüfatı məhsullarına daxili tələbatı azalıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, indiki mərhələdə qeyd olunan səbəblərdən kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatın təxminən 5 faiz civarında azalacağı gözlənilir. Bu amil bazarda istehlakçılara təklifin artması, məhsul bolluğu deməkdir.

- Hərəkət və yerdəyişmə ilə bağlı məhdudiyyətlər fermerlərin fəaliyyətinə mənfi təsir etməyəcək ki?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında da qeyd olunur ki, fermerlərin təsərrüfat fəaliyyəti ilə məşğul olması, əkin işi aparması, məhsul yığımı məhdudlaşdırılmır. Fermerlər təsərrüfat fəaliyyətlərini karantin rejiminin qaydalarına uyğun olaraq, müvafiq gigiyenik normalara, dezinfeksiya şərtlərinə, ara məsafənin saxlanması tələbinə və əməyin təhlükəsizliyi qaydalarına uyğun olaraq həyata keçirirlər. Bu proses, həmçinin yerli icra hakimiyyəti orqanları ilə koordinasiya edilməklə gerçəkləşdirilir. Eyni zamanda, əkin prosesi də kütləvi proses deyil, sahənin əkilməsi, səpin aparılması prosesi texnika vasitəsilə həyata keçirilir və bu prosesdə maksimum 1-2 mexanizator iştirak edir. Bu baxımdan fermerlərin fəaliyyətini karantin şərtlərinə uyğun davam etdirməsində, aqrotexniki qulluq qaydalarına riayət etməsində problem yoxdur. Fermerlərin toxum, gübrə və pestisidlə təminatına gəldikdə isə, hazırda bu proses normal şəkildə həyata keçirilir, bölgələrdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 85 gübrə təchizatçısı olan hüquqi və fiziki şəxs tərəfindən məntəqələrdə satış təşkil olunur. Eyni zamanda, böyük şirkətlər səyyar gübrə satışını həyata keçirir. Nazirlik bu prosesi nəzarətdə saxlayır və istər məntəqələrdə, istərsə də səyyar formada satış zamanı karantin qaydalarına riayət olunmasına diqqət yetirilir. Bununla bağlı müvafiq təlimatlar təchizatçı şirkətlərə göndərilib.

- Operativ Qərargah kənd təsərrüfatı texnikasını da hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil edib...

- Bəli, düz qeyd etdiniz. Fermerləri narahat edən məqamlardan biri aqrotexniki qulluq tədbirlərinə kənd təsərrüfatı texnikasını cəlb etməklə bağlı idi. Adətən, fermerlər bir rayonun ərazisində ehtiyac yaranan texnikanı digər rayonlarda yerləşən aqroservislərdən sifariş edirlər. Bu baxımdan Operativ Qərargahın kənd təsərrüfatı texnikasını hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına daxil etməsi fermerlərin narahatlığını aradan qaldırıb. Fermerlər əvvəlki qaydada aqroservislərlə əlaqə saxlayaraq təsərrüfatda istifadə etmək üçün texnika sifariş edə bilərlər. Fermerlər karantin dövründə təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı sualları Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin agro.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir