ANKARADA II TÜRK DÜNYASI MEMARLIQ VƏ ŞƏHƏRSALMA QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə paytaxtında II Türk Dünyası Memarlıq və Şəhərsalma Qurultayı keçirilmişdir. Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Memarlıq və İnşaat Universitetinin təmsilçiləri iştirak etmişlər.
Qurultayın açılışında Türkiyə Memarlar və Mühəndislər Birliyinin sədri İlyas Dəmirçi, Ankaranın Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok, TÜRKSOY təşkilatının baş katibi Düysen Kasseinov, Türkiyənin sabiq mədəniyyət naziri Namik Kamal Zeybək çıxış etmişlər. Onlar türkdilli ölkələrin memarları, bələdiyyələri arasında qədim və zəngin memarlıq ənənələrinin yaşadılması, şəhərsalma sahəsində əməkdaşlığın perspektivllərindən danışmışlar. Bildirilmişdir ki, türk dünyası ölkələrində qədim memarlıq abidələrinin qorunması və təbliği də böyük əhəmiyyət kəsb edir. Bu ölkələrin memarlarının yeni layihələr üzərində işləməsi qərara alınmışdır.
Azərbaycandan gəlmiş memar Cəfər Qiyasi milli memarlıq ənənələrimizdən, Bakıda şəhərsalma sahəsində əldə olunmuş uğurlardan söz açmışdır.
Bu yaxınlarda dünyasının dəyişmiş görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun layiq görüldüyü Türk Dünyası Mükafatı ailəsinə təqdim olunmaq üçün Qırğızıstanın Ankaradakı səfiri Mambetcunus Abilova verilmişdir.