Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək

Bakı, 12 fevral, AZƏRTAC
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev fevralın 19-da, saat 10:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-544-74-94) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.