Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar sığorta eksperti təlimi üçün sənəd qəbulu başlayır

Aqrar sığorta eksperti təlimi üçün sənəd qəbulu başlayır

Bakı, 5 sentyabr, AZƏRTAC

Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə başlayır.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu sentyabrın 3-dən oktyabrın 20-dək aparılacaq.

Müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər bu ilin 28 oktyabr-10 noyabr tarixlərində Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında keçiriləcək. Məlumata əsasən, sözügedən təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən təşkil edilir.

Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:

1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

İmtahanda aşağıdakı ixtisaslar üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər iştirak edə bilərlər:

- 1-ci sertifikat növü (bitkiçilik) üzrə peşə təhsili üzrə ixtisaslar - üzüm ustası, tərəvəz ustası, meyvə-tərəvəz ustası, bitki mühafizəsi ustası, tütün ustası, maya göbələyi yetişdirən usta, gülbecərən usta, çaybecərən usta, efir yağlı bitkilər mütəxəssisi, çəltikçi, pambıqçı, baramaçı, bağban, yaşıl təsərrüfatı fəhləsi.

- Orta ixtisas təhsili üzrə ixtisaslar - şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası, taxıl və taxıl məhsullarının texnologiyası, aqrar (fermer) təsərrüfatının təşkili, aqronomluq, aqroturizm, bağçılıq və tərəvəzçilik, hidromeliorasiya və torpaq mühafizəsi, istixana təsərrüfatı, meşə və park, pambıqçılıq, ipəkçilik.

- Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar - biologiya, biotexnologiya, aqromühəndislik, aqronomluq, bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, coğrafiya, ekologiya, geologiya, qida mühəndisliyi.

- Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar - biologiya, coğrafiya, hidrometeorologiya, geologiya, ekologiya, qida məhsulları mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, aqronomluq, yer quruluşu, torpaq və şəhər kadastrı, aqromühəndislik, meşəçilik.

- 2-ci sertifikat növü (heyvandarlıq) üzrə peşə təhsili üzrə ixtisaslar - heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların mexanizatoru, elektrik montyoru, heyvandarlıq kompleksləri və mexanikləşdirilmiş fermaların operatoru, heyvanlarda süni mayalanma üzrə texnik, mexanikləşdirilmiş heyvandarlıq fermalarının və komplekslərin mexanizatoru və elektrik montyoru, maşınla sağım operatoru, quşçuluq fabriklərinin və mexanikləşdirilmiş fermaların operatoru, arıçı.

- Orta ixtisas təhsili üzrə ixtisaslar - süd və süd məhsullarının texnologiyası, baytarlıq, zootexniklik

- Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar - baytarlıq təbabəti, zoomühəndislik

- Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar - zootexniklik, baytarlıq

- Orta ixtisas təhsili üzrə ixtisaslar - su bioehtiyatları və akvakultura, balıq və balıq məhsullarının texnologiyası

- Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar - balıqçılıq, su bioehtiyatları və akvakultura, biologiya

- Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslar - balıqçılıq və balıqçılıq təsərrüfatı işi, su bioehtiyatları və akvabitkiləri, biologiya

Peşə təhsili olan namizədlərin namizədliyinin qeydə alınması üçün müvafiq sahə üzrə 5 (beş) ildən az olmayaraq iş təcrübəsinə malik olmaları tələb olunur.

Bu siyahıda qeyd edilmiş ixtisaslara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda həmin ixtisaslara aid bütün ixtisaslaşmalar daxildir.

Təlimdə iştirak etmək istəyən namizədlər aşağıdakı sənədləri Aqrar Sığorta Fonduna təqdim etməlidirlər:

1) şəxsiyyətini təsdiq edən sənədin surəti; yuxarıda qeyd edilmiş ixtisaslardan hər hansı birinə malik olmasını təsdiq edən sənədin (diplom və ya onu əvəz edən sənəd) surəti; peşə təhsilli namizədlərə münasibətdə müvafiq sahə üzrə 5 (beş) ildən az olmayan iş təcrübəsinin olmasını təsdiq edən sənədin surəti; xarici ölkədə ali təhsil aldıqda Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədin surəti; ödəniş edilməsini təsdiq edən sənəd.

Təlimlər ödənişlidir və təlimdə iştirak haqqı 20 manat (ƏDV daxil olmaqla) təşkil edir. Namizədlər aşağıdakı bank rekvizitləri vasitəsilə təlimdə iştirak üçün tələb olunan pul vəsaitini ödəyə bilərlər:

ASF VÖEN: 2006034771

Hesab: AZ90AIIB380600G9448721173256

KapitalBank ASC, Ağ ş. KOB m. f.

Kodu: 201683

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

SWİFT BİK: AIIBAZ2XXXX

Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün təlimdə iştirak mütləqdir və təlimi müvəffəqiyyətlə başa vurmayan şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanlarında iştirak edə bilməzlər. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı və təqdim edilmiş sənədlər namizədlərin aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanlarına cəlb olunması üçün Aqrar Sığorta Fondu tərəfindən Dövlət İmtahan Mərkəzinə göndərilir.

Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 251 10 29 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir