AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimai iştirakçılığın əhəmiyyəti vurğulanıb, Şuradan gözləntilər diqqətə çatdırılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova İctimai Şura üzvlərinə dövlətin bu istiqamət üzrə apardığı işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Sonra Şura üzvlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq qeydlər götürülüb.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:33]
Bu ilin 5 ayında sığortaolunanların sayı 56 min nəfərdən çox artıb
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]