ARDNŞ YENİ İLİN İLK AYINDA 756,2 MİN TON NEFT HASİL ETMİŞDİR
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 2002-ci ilin ilk ayında 756,2 min ton neft hasil etmişdir ki, bu da nəzərdə tutulduğundan 1,2 faiz, və ya 9,3 min ton çoxdur. Bunu AZƏRTAC-ın müxbirinə ARDNŞ-ın mətbuat xidmətindən bildirmişlər.
Ötən ilin yanvar-sentyabr aylarında quruda və dənizdə müvafiq olaraq 69,6 min ton və 624,5 min ton neft hasil edilmişdir. Bu göstəricilərin birincisi nəzərdə tutulduğundan 6,6 faiz, və ya 4,3 min ton, ikincisi isə 0,7 faiz, və ya 4,1 min ton çoxdur. Cari ilin ilk ayında 2001-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz və ya 11 min ton az neft hasil olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə quruda neft hasilatı 5,6 faiz (4,1 min ton), dənizdə isə 2 faiz (13 min ton) aşağı düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]