Arif Əsədov: Samir Abasov “Neftçi” üçün uğurlu seçimdir
Bakı, 15 oktyabr, AZƏRTAC
“Samir Abasovun yenidən “Neftçi”nin baş məşqçi postuna gətirilməsi uğurlu seçimdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Arif Əsədov Samir Abasovun “Neftçi”nin baş məşqçisi təyin olunması barədə danışarkən deyib.
O, 46 yaşlı mütəxəssisin paytaxt klubunda uğurlu nəticələr qazanacağına inandığını bildirib: “Samir Abasov “Neftçi” camiəsinə tanış simadır. O, klubun daxilini yaxşı bilən çalışdırıcıdır. Komanda onun rəhbərliyi altında uzun illərdən sonra çempion olmuşdu. Xüsusilə də yerli məşqçinin bu vəzifəyə gətirilməsi sevindirici haldır. Çünki indiki məqamda əcnəbi mütəxəssisi bura gətirmək vaxt itkisi olacaqdı. Hər şeyi zaman göstərəcək”.
A.Əsədov “ağ-qaralar”ın bu mövsüm uğursuz çıxışına da toxunub: “Bütün komandaların eniş dövrü olur. Uğursuz nəticələr olanda yalnız bir şəxsi günahkar hesab etmək düzgün deyil. Çünki qeydə alınan istənilən nəticədə hər kəsin payı olur”.
Qeyd edək ki, Samir Abasov “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. O, daha əvvəl 2020-ci ilin noyabrından 2022-ci ilin iyun ayınadək Bakı klubunda işləyib. Təcrübəli mütəxəssis 2020-2021-ci illər mövsümündə “ağ-qaralar”a Azərbaycan çempionluğunu qazandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]