“Arqumentı i faktı”: Azərbaycan seçkilərə ciddi hazırlaşıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Rusiyanın “Arqumentı i faktı” qəzetində “Azərbaycan parlament seçkilərinə hazırlaşır” adlı məqalə dərc olunub.
AZƏRTAC Secki-2015.az saytına istinadla xəbər verir ki, məqalədə noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə Azərbaycan ictimaiyyətinin ciddi hazırlaşdığı bildirilir. Qeyd edilir ki, ümumilikdə 22 partiyanın mübarizə aparacağı seçkilərdə şəffaflığın təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Seçkiləri müşahidə etmək üçün 500-dən artıq beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Digər tərəfdən, barmaq izlərinin yoxlanması da şəffaflığın təmin olunması üçün ən yaxşı vasitədir.
Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf tempinə də diqqəti cəlb edərək bildirir ki, 2005-ci ildən etibarən ölkə iqtisadiyyatı 3 dəfə, büdcə isə 15 dəfə artıb. Qlobal iqtisadi böhran Azərbaycana demək olar ki, təsir etməyib. Azərbaycan böhranla mübarizə üçün ilk növbədə qeyri-neft sektorunu inkişaf etdirdi, xarici investisiyalara üstünlük verdi. Həmçinin əlverişli biznes mühiti yaradıldı. O cümlədən turizm sektoru, kənd təsərrüfatı sahəsi inkişaf etdirildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]