Artıq ikinci gündür ki, İranda koronavirusdan 100-dən çox insan həyatını itirir
Tehran, 15 iyun, AZƏRTAC
Artıq ikinci gündür ki, İranda koronavirusdan 100 nəfərdən çox insan həyatını itirir.
AZƏRTAC İranın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, iyunun 15-də 2449 nəfər koronavirusa yoluxub, 113 nəfər isə ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 189 min 786-ya, ölənlərin sayı isə 8950-yə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 150 min 590 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 4 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır.
Yoluxma və ölüm hallarının artması ilə əlaqədar dövlət televiziyasında çıxış edən Prezident Həsən Ruhani karantin rejiminin yenidən bərpa ediləcəyi ehtimalını irəli sürüb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]