Arvadını qısqanclıq zəminində öldürməyə cəhd edən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 24-də saat 15 radələrində Xaçmaz rayon sakini Yazbahar Ağayevanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat verilib.
Xaçmaz Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatına görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri Cavid Ağayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Yazbahar Ağayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Cavid Ağayev Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]