Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arxeologiya və jurnalistika: onu uğurlara aparan qoşa qanad

Arxeologiya və jurnalistika: onu uğurlara aparan qoşa qanad

Bakı, 11 avqust, AZƏRTAC

Arxeoloqun işi təkcə tarixi abidələri aşkarlamaq deyil, həm də yuxusuz gecələrə qatlanıb ürəyinin istəyi ilə xalqına layiq əsərlər yaratmaqdır. Bu baxımdan tarix elmləri doktoru Qafar Cəbiyevin əməyi və gərgin fəaliyyəti qibtəyə layiqdir. Alimin yüz əllidən çox elmi məqaləsi və bir sıra kitabları çoxəsrlik tariximizə layiqli xidmətdir. Onun gərgin əməyinin, səmərəli axtarışlarının məhsulu olan və bu günlərdə çapdan çıxan, həm də yeniliyi, əhatəliliyi, dərin məzmunu ilə seçilən “Girdiman tarixi”, “Girdimanın tarixi və tarixi coğrafiyası”, “Azərbaycan arxeologiyasının əsasları” adlı irihəcmli, fundamental monoqrafiyaları arxeologiya və tarix elmimizə əvəzsiz töhfədir. İlk orta əsrlər dövrünün bir sıra öyrənilməmiş və qaranlıq qalan məsələlərinə işıq saçan bu əsərlər həm də ermənilərin yalançı uydurmalarına tutarlı cavabdır.

Bu fikirlər akademik Teymur Bünyadovun tanınmış arxeoloq alim Qafar Cəbiyevin 70 illik yubileyinə həsr etdiyi “Arxeologiya və jurnalistika: onu uğurlara aparan qoşa qanad” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun “ormanlar içində duran” o məşhur Talıstan kəndində dünyaya göz açıb. Atası Cəfər kişinin gözləri gülüb, qəlbi sevinib. Anası Gül xanımın arzuları kama yetib, diləyi hasil olub.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Qafar 1975-ci ildə arxeologiya üzrə aspiranturaya daxil olub. O, 1985-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib, sanballı tədqiqatları ilə elmimizə yeni nəfəs gətirib. Alim 1985-ci ildən Qəbələ, Ağsu, Kürdəmir, İsmayıllı, Şamaxı arxeoloji ekspedisiyalarına rəhbərlik edib. Onun ölkəmiz və tariximiz üçün olduqca böyük əhəmiyyət kəsb edən tapıntıları var.

Qafar müəllim 2010-cu ildə Ağsu rayonu ərazisində Azərbaycan arxeologiya elmində nadir hadisə sayılan XVIII əsrə aid geniş bir qazıntıya başladı. Hamımıza qeyri-adi görünən və sonsuz marağa səbəb olan işlə tanış olmaq qərarına gəldik. Akademiyanın sayılıb-seçilən tarixçi, arxeoloq və etnoqraf alimləri ilə birlikdə oraya yollandıq. Orta əsr Ağsu şəhəri yerində Qafar müəllimin rəhbərliyi ilə aparılmaqda olan qaynar işin şahidi olduq. Hava dözülməz dərəcədə isti idi. Sanki günəş göydən od ələyirdi. Amma hamının diqqəti Qafar müəllimdə idi. O, ekspedisiyanın əldə etdiyi maddi mədəniyyət qalıqları ilə bizi tanış edir, məna və məzmununu izah edirdi. Söhbət təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda son orta əsr şəhər mədəniyyətinin tədqiqi baxımından etalon sayıla biləcək abidədə aparılan genişmiqyaslı qazıntılardan, orada həyata keçirilməsi nəzərdə tutulan konservasiya tədbirlərindən gedirdi.

Qafar müəllim alnı tərli, əliqabarlı olsa da, böyük eşqlə, bir ayrı həvəslə qazıntıdan və tapıntılardan həvəslə danışır, bu gərəkli işin hələ başlanğıc olduğunu bildirirdi.

Arxeoloq olmaq son dərəcə çətin, həm də olduqca şərəfli bir işdir. Arxeoloq cəfakeş fəhlə, yuxusuz gecələr keçirən alim, ayağı dəmir çarıqlı dərviş, səyyah, əqidəli, dözümlü inşan, kəşfiyyatçı, tarixçi və həm də bərpaçıdır. Hərtərəfli biliyə, geniş erudisiyaya, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə malik, ürəyi Vətən tarixi ilə döyünən insandır. Bütün bu yüksək keyfiyyətləri özündə birləşdirən, arxeoloqların ön sıralarında gedən Qafar müəllim də bax beləcə hər cür ehtirama, minnətdarlığa layiq bir insandır.

Qəbələ ölkəmizin min illik paytaxtı olub. Yarım əsrdən çoxdur ki, orada görkəmli alimlər tərəfindən tədqiqat işləri aparılır. İndi həmin işləri görkəmli arxeoloq İlyas Babayevlə birlikdə Qafar müəllim davam etdirir. 2009-cu ildə ürəyim atlandı, mən də Qəbələ qazıntılarında iştirak etmək həvəsinə düşdüm. Dostların dəvəti ilə oraya yollandım. Qafar Cəbiyevin qazıntı sahəsində işlədim. Tapılan maddi mədəniyyət qalıqları ilə tanış oldum. İş nəticəsində naxışlı küp parçaları, boyalı qablar və metal əşyaları görərkən ölməz Səməd Vurğunun bir məşhur qeydi yadıma düşdü. Necə də dəqiq, necə də sərrast deyilib: “Üzərində tarixi qeyd, təsvir olan hər bir qədim daş vaxtilə canlı yaşayıb-yaradan insanın donmuş ürəyidir; o, insan tarixin odu və alovundan keçərək gözəl torpağımızı və tariximizi qoruyub saxlamış, əsrlərboyu elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır; elə bir zəmin ki, onun üzərində biz hamımız doğulmuşuq, yaşayırıq və gələcək nəsillərin sifətində həmin mədəniyyətin ən qabaqcıl ənənələrini yeni tarixi şəraitdə inkişaf etdirərək yaşadacağıq”.

Görkəmli alimin ürəyində döyünən qoşa qanadının biri arxeologiyadırsa, digəri jurnalistikadır. Bu sahələr bir-birini tamamlayır, bir-birini təsdiqləyir. Mənə belə gəlir ki, bu, Qafar müəllimin böyük uğuru və yaradıcılıq xoşbəxtliyidir. Onun müxtəlif mətbuat orqanlarında çap olunan beş yüzdən çox elmi-publisistik məqaləsi dediklərimizi təsdiqləyən və müəllifə şərəf gətirən dəlil-sübutdur. Qafarın ilk kitabı olan “Arxeologiya və romantika” əsərində elmlə jurnalistika qovuşaraq qoşa qanada çevrilib. “Can Azərbaycan” kitabında vətənimizin, qədirbilən xalqımızın zəngin tarixi, adət-ənənələri, mənəvi dünyası böyük eşq və həvəslə tərənnüm edilir. “Bura Vətəndir” kitabı eyni hissin, həyəcanın, Vətən sevgisinin, torpaq qeyrətinin təzahürü, tərənnümü və təsdiqidir. “Yazılan qalacaq” və “Düşüncələr” kitablarında müəllif tarix və mədəniyyət məsələləri ilə bağlı düşüncələrini, arzu, istək və hədəflərini oxucu ilə bölüşüb. “Azərbaycan keramikası” monoqrafiyası isə Azərbaycandan çox-çox uzaqlarda da dəyərli tədqiqat əsəri kimi qəbul olunur.

Bütün bunlarla yanaşı, o, həm də həssas, qayğıkeş, çalışqan bir pedaqoqdur. Uzun illərdir ki, ali məktəblərimizdə Azərbaycan tarixini və arxeologiyasını tədris edir. Elmin müvafiq sahələrinə dair ali məktəblər üçün proqram və dərsliklərin müəllifidir. Görkəmli alim, gözəl müəllim, tanınmış jurnalist olan Qafar Cəbiyev həm də fəal ictimaiyyətçidir. “Qızıl qələm” mükafatı laureatıdır. Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Qafar müəllim 2004-2018-ci illərdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü və sədr müavini olub. Heç şübhəsiz, bütün bunlar Qafar Cəbiyevə olan ehtiram və qayğının nəticəsidir.

Qafar müəllim 70-i haqladı. Mənalı ömür sürdü, Vətənimə, xalqıma, dövlətimə hələ çox borcluyam dedi. Yetmiş yaşın mübarək, canın sağlam, ömrün uzun olsun, arzuların üzünə gülsün.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq