İDMAN
“ASAN xidmət” qurumları arasında mini futbol turnirinin dörddəbir final mərhələsinə yekun vurulub
Bakı, 28 avqust, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “ASAN xidmət”in əməkdaşları arasında keçirilən mini futbol turniri davam edir.
AZƏRTAC xəbər verir ki, artıq turnirin dörddəbir final mərhələsinə yekun vurulub. Bu mərhələdə “ASAN Kommunal”ın komandası Sabirabad “ASAN xidmət” mərkəzinə 9:4 hesabı ilə qalib gəlib. 1 saylı “ASAN xidmət” mərkəzi 3 saylı “ASAN xidmət” mərkəzinin təmsilçilərini 3:2 hesabı ilə məğlub edib. Qəbələ “ASAN xidmət”in komandası Masallı “ASAN xidmət” mərkəzinin kollektivini 5:2, Quba “ASAN xidmət” isə Dövlət Agentliyinin təmsilçilərini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.