“ASAP Career Academy” layihəsinə yekun vurulub
Bakı, 25 may, AZƏRTAC
Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyinin (ASAP) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə təqdim etdiyi “ASAP Career Academy” layihəsi yekunlaşıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, ictimaiyyətə təqdim olunan layihənin əsas məqsədi xaricdə yaşayan, yüksək akademik təhsilə və peşəkar təcrübəyə malik gənclərin ölkəmizdəki əmək bazarına cəlb olunmasını təmin etməkdir.
Bağlanış mərasiminə qonaq qismində dəvət olunan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov və Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin əməkdaşı Emin Rüstəmov layihə haqqında müzakirələrdə iştirak ediblər.
Çıxışlarda məzun tələbələrin ölkəmizdəki əmək bazarında yer alması məqsədilə şirkətlərlə keçirilmiş görüşlərdə aparılan müzakirələrin yekunu barədə məlumat verilib, sonrakı mərhələdə məzunlar üçün gözlənilən şanslar haqqında müzakirələr aparılıb.
Bağlanış mərasimində Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyinin nümayəndələri, dəvət olunan qonaqlar və proqram iştirakçılarının iştirakı ilə hibrid təlim keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]