ASCO-nun quru yük gəmiləri ilə daşımalar artıb
Bakı, 11 avqust, AZƏRTAC
AZCON Holding şirkətlərindən olan ASCO-nun quru yük gəmiləri ilə daşımalarının həcmi cari ilin yanvar–iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin ilk 7 ayında quru yük gəmiləri ilə 780 min 366 ton yük daşındığı halda, cari ilin eyni dövründə bu göstərici 1 milyon 83 min 130 ton təşkil edib.
Təkcə bu ilin iyul ayında quru yük gəmiləri ilə 188 min 825 ton yük daşınıb. Ötən ilin iyul ayında isə bu göstərici 114 min 184 ton olub. Nəticədə, 2026-cı ilin iyulunda daşınan yükün həcmi ötən ilin eyni ayı ilə müqayisədə 74 min 641 ton və ya 65 faiz çox olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]