ASCO-nun yükdaşımalarında 10 faiz artım qeydə alınıb
Bakı, 7 oktyabr, AZƏRTAC
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə həyata keçirilən yükdaşımalar cari ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz artaraq 6,4 milyon tondan 7 milyon tona yüksəlib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, bu ilin 9 ayında tanker gəmiləri ilə 3 milyon 349 min 441 ton yük daşınıb. Bu göstərici ötən ilin eyni dövründəki 3 milyon 28 min 549 tonla müqayisədə təxminən 10,6 faiz artım deməkdir.
Universal quru yük gəmiləri ilə daşımalarda isə 70 faiz artıma nail olunub. Bu tip gəmilərlə 2025-ci ilin 9 ayı ərzində 1 milyon 19 min 65 ton yük daşınıb. 2024-cü ilin analoji dövründə isə bu rəqəm 601 min 451 ton təşkil edib.
Hesabat dövründə bərə və RoPax tipli gəmilərlə 28 min 330 ədəd avtotexnika və yük avtomobili, 28 min 76 ədəd vaqon daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm avtotexnika və yük avtomobili, həm də vaqon sayında təxminən 4 faiz azalma qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]