ASİYA İNKİŞAF BANKI İLƏ AZƏRBAYCAN HÖKUMƏTİ ARASINDA QRANT MÜQAVİLƏSİ İMZALANMIŞDIR
İmzalanma mərasimindən əvvəl sənaye və energetika naziri Natiq Əliyev ümumi daxili məhsulda enerji bölməsinin payı haqqında danışmış, bölmədə infrastrukturun yeniləşməsinə ehtiyac olduğunu, alternativ enerji mənbələrinin əhəmiyyətini vurğulamışdır.
AİB-in ölkəmiz üzrə iqtisadçısı Filip Çanq nazirin fikrinə şərik çıxmış və demişdir ki, istehsala təkan verdiyi, gəlirləri artırdığı və yeni iş yerlərinin yaranmasına səbəb olduğu üçün bərpa edilən enerji mənbələri Azərbaycanda yoxsulluğun azaldılması sahəsində xüsusi əhəmiyyətə malikdir.
Sənədləri Azərbaycan hökuməti adından Natiq Əliyev, AİB adından Filip Çanq imzalamışlar.
Layihənin ümumi dəyərinin 200 min dollarını Finlandiya Hökuməti, 500 min dollarını AİB ödəyəcəkdir. Azərbaycan Hökumətinin bu layihəyə dəstəyi 200 min ABŞ dolları məbləğindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]