İQTİSADİYYAT
ASİYA İNKİŞAF BANKI TACİKİSTANA 410 MİLYON DOLLAR KREDİT AYIRACAQ
Asiya İnkişaf Bankının nümayəndə heyəti Tacikistanda səfərdə olmuşdur. Tacikistanın baş naziri Akil Akilov və AİB nümayəndə heyətinin başçısı Andrian Rotenberq Tacikistana kredit proqramı çərçivəsində “Qarşılıqlı anlaşma memorandumu” imzalamışlar. Sənəddə deyilir ki, Asiya İnkişaf Bankı 2004-2006-cı illərdə Tacikistana 410 milyon dollar həcmində kredit ayıracaqdır. Bundan əlavə, Mərkəzi Asiya regionunun başqa dövlətləri ilə birgə regional layihələrin həyata keçirilməsində iştirak etmək üçün ölkəyə 15 milyon dollar həcmində iki kredit də veriləcəkdir.
Tacikistan hökuməti ilə AİB arasında ilk “Qarşılıqlı anlaşma memorandumu” 1998-ci ilin iyulunda imzalanmışdır. Həmin vaxtdan etibarən, bank hər üç ildən bir Tacikistan üçün yeni kredit proqramı təsdiq edir. Bu proqramlar respublikaya hər il 40 milyon dollar kredit ayrılmasını nəzərdə tutur. Kreditlər illik 1,5 faizlə 32 il müddətinə verilir.