AŞPA müşahidəçiləri Bakıdadır
Bakı, 30 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə edəcək missiyası Bakıdadır.
AZƏRTAC Secki-2015.az saytına istinadla xəbər verir ki, müşahidə missiyasına ispaniyalı parlamentari Jordi Çukla başçılıq edir. Otuz nəfərdən ibarət heyət səfər zamanı Milli Məclisdə təmsil olunan partiyaların, parlament qruplarının rəhbərləri və nümayəndələri, həmçinin parlamentdən kənar partiyaların, media və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə görüşəcəklər.
Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səsvermənin gedişini izləyəcək lər. Müşahidələrin yekunu ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]