Aşqarlar Kimyası İnstitutunun 55 illiyinə həsr olunan müsabiqə keçiriləcək
Bakı, 21 aprel, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər arasında institutun yaranmasının 55 illiyinə həsr olunan “Gənclər üçün akademik Əli Quliyev mükafatı” müsabiqəsi keçiriləcək.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev AZƏRTAC-a bildirib ki, mükafatın əsasnaməsinə uyğun olaraq, müsabiqədə institutda çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər iştirak edə bilər. Namizədlərin seçimi bir neçə meyar əsasında aparılacaq. Meyarlara namizədlərin əldə etdiyi nəticələrin elmi və praktik əhəmiyyəti, nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnalda dərc olunan məqalələri, xarici ölkələrdə beynəlxalq konfranslarda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar daxildir.
Dosent Əfsun Sucayev qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün müsabiqəyə sənədlər onlayn rejimdə qəbul ediləcək.
“Müsabiqədə Ekspert Komissiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq. Əgər karantin rejimi uzadılarsa müsabiqə qaliblərinin təqdimatı “Zoom” platforması üzərindən onlayn rejimdə keçiriləcək”, - deyə Əfsun Sucayev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]