Aşqarlar Kimyası İnstitutunun ictimai təşkilatları birgə tədbirlər həyata keçirəcəklər
Bakı, 21 aprel, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) fəaliyyət göstərən ictimai təşkilatlar - YAP İlk Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası, Azad Həmkarlar Təşkilatı və Qadınlar Şurası birgə elmi və ictimai fəaliyyət planı hazırlayıblar.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq il ərzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Elm, təhsil və istehsalatın vəhdəti” mövzusunda seminar, “AKİ-də real iqtisadiyyata töhfə verə bilən patentlərin tətbiq imkanları” mövzusunda interaktiv müzakirə keçiriləcək. İnstitutun aparıcı alimləri tərəfindən ali və orta məktəblərdə ustad dərsləri, “Kimya fənn gecə”ləri təşkil olunacaq. Bu günün şagirdi, sabahın alimi” layihəsi çərçivəsində “əyləndirici və öyrədici elmi təcrübələr” nümayiş olunacaq.
Aşqarlar Kimyası İnstitutunun və ayrı-ayrı laboratoriyaların elmi-ictimai fəaliyyətinin populyarlaşdırılması üçün videoçarx hazırlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]