ASTANADA DÜNYA DİN LİDERLƏRİNİN İKİNCİ QURULTAYI KEÇİRİLMİŞDİR
Qurultayda dünyanın 20 ölkəsindən gəlmiş 43 nümayəndə heyəti iştirak etmişdir. Onların arasında dünya və ənənəvi dinlərin, həmçinin konfessiyaların təmsilçiləri - islam, xristianlıq, iudaizm, buddizm, daosizm, sintoizm və digərləri olmuşdur.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura, BMT baş katibinin xüsusi nümayəndəsi Sergey Orconikidze, Malayziyanın keçmiş Baş naziri Maxatxir Məhəmməd və digər tanınmış şəxslər qurultaya fəxri qonaq kimi dəvət edilmişdilər.
BMT-nin baş katibi Kofi Annanın qurultay iştirakçılarına təbrik məktubunu Sergey Orconikidze oxumuşdur.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qurultaydakı çıxışında bildirmişdir ki, ölkədə 130 xalqın və 40 konfessiyanın nümayəndələri sülh və sabitlik şəraitində yaşayır, əmin-amanlığın və təhlükəsizliyin möhkəmlənməsində fəal iştirak edirlər.
Forum iştirakçıları iki gün ərzində dini etiqad azadlığı, digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq, beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində din xadimlərinin rolu və başqa mövzularda fikir mübadiləsi aparmış, xalqlar və dinlər arasında sülh və sabitlik siyasətinin Qazaxıstan təcrübəsini bəyəndiklərini bildirmişlər.
Din liderlərinin növbəti - üçüncü qurultayını da 2009-cu ildə Astanada keçirmək qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]