ASTARA RAYONUNUN MAŞXAN VƏ TƏNGƏRÜD KƏNDLƏRİNƏ TƏBİİ QAZIN VERİLMƏSİ BƏRPA EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin 2005-ci il 14 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə Tədbirlər Planı»na uyğun olaraq, Astara rayonunun Maşxan və Təngərüd kəndlərinə 15 illik fasilədən sonra təbii qazın verilməsi bərpa edilmişdir.
Ümumiyyətlə, 371 nəfər abonenti olan Maşxan kəndində 7 kilometr qaz xətti yenidən bərpa edilmişdir. 450 nəfər abonenti olan Təngərüd kəndində isə 8 kilometr boru xətti əsaslı təmir edilmiş, 328 evdə qaz sayğacı quraşdırılmışdır.
Bu məqsədlə keçirilən mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, ictimaiyyətin nümayəndələri çıxış edərək, müqəddəs Ramazan ayında onlara ərmağan edilən bu gözəl töhfəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə hər iki kəndin sakinlərinə qaz plitələri hədiyyə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:01]
Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü
- 16.06.2026 [11:05]